• Bakı 24° C

    9.39 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib
İDMAN
30 May 2025 | 22:42

Dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.

Matçın əsas vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.

Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.


SON XƏBƏRLƏR

31 May 2025