Ermənistanın Vardenis şəhərində 23 yaşlı müqaviləli hərbçi ölü tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
İlkin məlumata görə, “Vətən Müdafiəçisi” proqramı çərçivəsində xidmət edən hərbçi Artak N. avqustun 25-də şəhər ərazisində yerləşən tövlədə ölü vəziyyətdə aşkarlanıb.
Məlumata görə, hərbçini qohumu aşkar edib və təcili tibbi yardım çağırıb. Həkimlər hadisə yerinə gələnədək ona ilkin yardım göstərilməyə çalışılıb. Lakin tibbi yardım əməkdaşları onun öldüyünü müəyyən ediblər.
Bildirilib ki, hərbçi ölümündən əvvəl qohumuna mesaj göndərib. Mesajda o, “Hərəkətlərimə görə üzr istəyirəm, bu daş dünyada yaşamaq istəmirəm” ifadəsini yazıb.
Məhkəmə-tibb ekspertizasının ilkin rəyinə əsasən, hərbçinin meyitində zorakılıq əlamətləri aşkarlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Günəş Mərd












