2026-cı ildə yerli büdcələrin gəlirləri 758 milyon manata çatacaq. Ən çox vəsait ətraf mühitin mühafizəsinə yönəldiləcək.
Bakıvaxtı.az modern.az-a istinadla bildirir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı il üçün yerli gəlirlər 758,3 milyon manat, yerli xərclər isə 759,1 milyon manat məbləğində nəzərdə tutulur.
Yerli xərclərin əsas istiqamətləri aşağıdakı kimi bölüşdürüləcək:
246,8 milyon manat (32,5%) - ətraf mühitin mühafizəsi, sanitar təmizlik və abadlaşdırılma xidmətlərinin ödənilməsi;
218,6 milyon manat (28,8%) - icra hakimiyyəti orqanlarının saxlanılması;
212,1 milyon manat (27,9%) - mənzil və kommunal təsərrüfatı xərcləri;
47,1 milyon manat (6,2%) - nəqliyyat və rabitə xərcləri (o cümlədən yolların əsaslı təmiri üçün 46,3 milyon manat);
15,5 milyon manat (2,0%) - kirayədə yaşayan hərbi qulluqçulara, o cümlədən ehtiyatda və istefada olanlara pul kompensasiyası;
5,7 milyon manat (0,8%) - mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti sahələri;
13,3 milyon manat (1,8%) - digər istiqamətlər üzrə xərclər.
İqtisadi təsnifata uyğun olaraq, 2026-cı il üçün yerli xərclərin strukturu belə müəyyən edilib:
Əməyin ödənişi xərcləri - 51,9% (394,1 milyon manat);
İş və xidmətlərin alınması - 29,5% (223,9 milyon manat);
Malların satın alınması - 3,0% (22,5 milyon manat);
Qeyri-maliyyə aktivlərinə yönələn xərclər - 15,1% (115 milyon manat);
Subsidiyalar - 0,1% (0,9 milyon manat);
Sosial ödənişlər - 0,4% (2,7 milyon manat).
 Bakı 










