• Bakı 18° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Rusiya Kiyevdə uşaq bağçasına ballistik raketlərlə hücum edib - YENİLƏNİB
DÜNYA
25 Oktyabr 2025 | 12:35

Rusiya Kiyevdə uşaq bağçasına ballistik raketlərlə hücum edib - YENİLƏNİB

Rusiya ordusunun Kiyevə ballistik raketlərlə hücumu nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Hücumdan sonra Kiyevin Darnitski rayonunda güclü yanğın baş verib. Yanğını söndürmək üçün helikopterlər cəlb edilib.

***

10:36

Rusiya ordusunun Kiyevə ballistik raketlərlə hücumu nəticəsində bir nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.

    Məlumatına görə, yaralananların sayı 10-a çatıb.

    ***

    09:20

    Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.

      Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.

      Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb.

      Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.

      ***

      09:04

      Kiyev şəhərinin meri Vitaliy Kliçko paytaxt ərazisində baş verən partlayışlar barədə məlumat verib.

      Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.

      “Paytaxtda partlayışlar basş verir”, — deyə Kliçko qeyd edib.


      SON XƏBƏRLƏR