• Bakı 23° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Körpə 40-dan çıxdı: Bunun tibbdə və dində hansı yeri var?
CƏMİYYƏT
28 Avqust 2023 | 17:20

Körpə 40-dan çıxdı: Bunun tibbdə və dində hansı yeri var?

Körpələr doğulduqdan 40 gün sonra "40 çıxma" mərasimi həyata keçirilir. El arasında təşkil olunan bu mərasimin islam dinində və tibbdə hansı yeri var?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ginekoloq Mələk Qafarlı bildirib ki,40 gün müddət yeni doğulmuş körpənin və ananın həyatında ən kritik dönəmlərdən biridir. Onun sözlərinə görə, doğumdan 40 gün sonra məsələsi bizdə dini və mental xarakter daşısa da bunun tibbdə öz yeri var: “Yəni, tibbdə doğuşdan sonra ilk 6 həftə (42 gün) zahalıq dövrü adlandırılır. Bu zahalıq dövründə ana orqanizminin 9 ay müddətində psixoloji və fizioloji dəyişiklərin geri dönüşü ilə xarakterizə edilir. Eyni zamanda da yeni doğulmuş körpə betndaxili həyatdan bətnxarici həyata adaptasiya olunmuş olur".

40 gün ərzində isə ana orqanizimində sözügedən dəyişikliklər isə bunlardır:

Hamiləlikdən öncəki ölçülərinə geri qayıdır.

Doğumdan sonra uşaqlıq daxilində mövcud olan yara səthi sağalmağa başlayır ki, bu da özünü 6 həftə ərzində fərqli şəkildə məsələn qanayaraq ifadə edir.

Əgər ana normal doğuş edibsə, uşaqlıq yolu yumşaq toxumalar yığılıb ölçüləri geri qayıdır.

Əgər ana kesr yolu ilə doğuş edibsə əməliyyat yarası sağalır bu müddət ərzində.

Qarın əzələləri öz tonusunu geri qaytarmağa çalışır.

Süd vəziler böyüyür və ana südü ifraz etməyə başlayır.

Müsahibimizin sözlərinə görə, bu 40 gün ərzində ana ilə körpə arasında xüsusi instinktik bağ yaranır: "Xüsusilə, bu proses əmizdirmə sırasında baş verir. Bu dövrdə diqqətli olmaq lazımdır. Ana öz körpəsini qidalandırmaq üçün bu sırada çoxlu enerjiyə ehtiyac duyur. Enerjini də düzgün qidalanma və düzgün yuxu rejimi ilə almalıdır.
Həmçinin bu müddət ərzində ana öz sağlığı üçün gigyenik qaydalara əməl etməlidir".

Həkim deyib ki,  körpənin göbəyinə xüsusilə qulluq edib diqqətli yanaşmaq lazımdır. Hər iki-üç saatdan bir körpə qidalanmalıdır: “Xüsusilə də gecələr bir dəfə qidalandırılmalıdır. B vitamini və digər vitaminlərlə körpəni qidalandırmaqda fayda var. Doğum sonrası problem yaşamamaq üçün ailə üzvləri də analara dəstək olmalı və bu müddətdə onlara kömək etməlidirlər",-deyə ginekoloq qeyd edib.

İlahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a bildirib ki, İslam dinində 40 çıxma mərasimi, anlayışı yoxdur.

"40 çıxdı, 3-dür, təzə olanda göründü-görünmədi, qulağına filan şey oxundu-oxunmadı, bunlar hamısı sonradan çıxmış adətlərdir. İslamın kökündə elə bir şey yoxdur. Həmçinin Qurani Kərimdə bu mövzuya dair bir ayə mövcud deyil".

Xəyalə Rza


SON XƏBƏRLƏR

24 Iyun 2025