• Bakı 25° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Medvedçuk: Tramp Zelenskinin siyasi yolunu təkrarlayır
DÜNYA
11 Iyul 2025 | 16:53

Medvedçuk: Tramp Zelenskinin siyasi yolunu təkrarlayır

"ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin siyasi yolunu təkrarlamağa başlayır və bu, çox təhlükəlidir".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu fikirləri "Başqa Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk deyib.

Onun sözlərinə görə, Tramp da Zelenski kimi hakimiyyətə sülhməramlı kimi gəlib, amma hələlik real sülh və ya detensiya yoxdur:

"Bu gün Qərb mediası Trampın Zelenskiyə münasibətini dəyişməsi və onu dəstəkləməyə qərar verməsi ilə bağlı kifayət qədər yazı dərc edib. Lakin vəziyyət təsvir olunduğundan qat-qat mürəkkəbdir. Tramp Zelenskinin siyasi yolunu təkrarlamağa başlayır və bu, ABŞ prezidenti və dünya üçün çox təhlükəlidir. ABŞ prezidentinin Amerika ticarət balansını düzəltmək məqsədini bəyan edərək bütün dünya ilə başladığı ticarət müharibələri sistemsiz mahiyyəti ilə təəccübləndirir və Zelenskinin siyasətinə çox bənzəyir".

Gülşən Şərif


SON XƏBƏRLƏR

11 Iyul 2025