"Silahlı birləşmələr, o cümlədən dövlətin zəif nəzarətində olanlar Ukraynada tədricən siyasi funksiyalar əldə edirlər".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, silahlı birləşmələr təkcə döyüş deyil, həm də siyasi funksiyalar əldə edirlər. Bu birləşmələrin bəziləri faktiki olaraq dövlət tərəfindən zəif idarə olunur.
Təhlükəsizlik Şurasının sədr müavini bunu Potsdamda Almaniya üçün formalaşdırılan üç “D” (demilitarizasiya, denazifikasiya və demokratikləşdirmə) meyarlarının indi Ukraynaya tətbiq oluna biləcəyi ilə bağlı suala cavabında bildirib.
Gülşən Şərif