Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb.
Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölüm faktı qeydə alınıb. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.
Vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir.
Partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.
Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil.
Onun üç övladı erkən həyatdan köçüblər.
İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.
Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib.
2012-ci ildə isə Mirəlioğlunun qızı 28 yaşlı Mahirə Fəttayeva qəflətən dünyasını dəyişib.
2016-cı ildə Mirəlioğlunun 11-ci sinifdə oxuyan bacısı oğlu Ümid qəflətən dünyasını dəyişib.
Bakı 












