• Bakı 26° C

    13.87 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb
DÜNYA
29 Iyul 2026 | 21:42

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

ABŞ-yə məxsus qaz saxlama tankeri Misirin Aralıq dənizindəki Damyetta limanında dron hücumuna məruz qalıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu dəniz təhlükəsizliyi ilə məşğul olan "Ambrey" şirkəti açıqlayıb.

Şirkətin məlumatına görə, PUA "Energos Winter" gəmisinə çırpılıb, bundan sonra gəmidə yanğın başlayıb. Daha sonra alov yaxınlıqdakı "Gaslog Salem" qazdaşıyan gəmisinə keçib.

Liman xidmətləri göstərən "Inchcape" şirkətindən də Damyetta limanında iki qazdaşıyan gəmidə yanğın baş verdiyi bildirilib.

Mənbələrin məlumatına görə, heyət təxliyə edilib, yanğını nəzarətə götürmək mümkün olub. Zərərçəkən yoxdur. Hücumun arxasında kimin dayandığı hələ ki məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR