• Bakı 28° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Quduzluq ən çox hansı heyvanlarda müşahidə olunur?

CƏMİYYƏT

29 Iyul 2026 | 15:24

Quduzluq ən çox hansı heyvanlarda müşahidə olunur?

Heyvanlar vasitəsilə insanlara keçən xəstəliklər zoonoz xəstəliklər qrupuna daxildir və quduzluq onların ən təhlükəli növlərindən biridir.

Bakıvaxtı.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bu fikirləri səsləndirib.

Onun sözlərinə görə, quduzluq virusu bütün istiqanlı heyvanlarda rast gəlinə bilər:

"Buraya həm vəhşi, həm də ev heyvanları daxildir. Lakin xəstəliyə daha çox canavarlar, çaqqallar, tülkülər, yenotabənzər heyvanlar, pişiklər və hətta iri buynuzlu mal-qara meyillidir. Xüsusilə canavar, çaqqal və tülkülərdə virusun patogenliyi daha yüksək olduğundan bu heyvanlar xüsusi risk qrupu hesab edilir”, – deyə Aytəkin Qurbanova bildirib.

Mütəxəssis qeyd edib ki, quduzluq virusu xarici mühitdə uzun müddət davamlı qalmır.

“Virus isti günəş şüalarının təsiri altında və aşağı temperatur şəraitində məhv olur. Buna baxmayaraq, heyvan dişləməsi və ya cırmaqlanması hallarında vaxt itirmədən tibbi yardıma müraciət etmək vacibdir”, – deyə o əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyul 2026