• Bakı 26° C

    10.14 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olundu - FOTO

İQTİSADİYYAT

29 Iyul 2026 | 14:00

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olundu - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin tərəfdaşlığın prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib.

Tərəflər birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlar arasında əməkdaşlıq imkanları, ticarət, sənaye, süni intellekt və digər innovativ istiqamətlər üzrə tərəfdaşlıq, eləcə də yaşıl enerji layihələrinin birgə həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəyi vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026