• Bakı 18° C

    10.66 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Moldova Qutsulun aktivlərini dondurdu
DÜNYA
30 May 2025 | 19:00

Moldova Qutsulun aktivlərini dondurdu

Moldova Vergi Xidməti Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul və onu müşayiət edən şəxslərin aktivlərini dondurub.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, dondurulmaya səbəb Moldovanın 2024-cü il avqustun 1-də həyata keçirməyi öhdəsinə götürdüyü Aİ sanksiyaları olub.

Xatırladaq ki, Y. Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı. Moldova məhkəməsi Qutsulu 20 sutka müddətinə həbs etmişdi. Daha sonra o, ev dustaqlığına buraxılmışdı.


SON XƏBƏRLƏR

31 May 2025