Rusiyanın maliyyə aktivlərinin müsadirəsi Brüsseldə keçiriləcək Avropa Birliyi (AB) sammitində müzakirə edilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
Orban bildirib ki, Macarıstan və bir sıra ölkələr Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxıb və buna görə AB liderləri məsələni gündəmdən çıxarmağa məcbur olub.
Qeyd edək ki, AB-nin Ukrayna ilə bağlı sammiti cümə axşamı keçiriləcək.
Bakı 












