• Bakı 18° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Qəzzada sabitliyin səsi: Türkiyə atəşkəs missiyasında niyə maraqlıdır?
SİYASƏT
25 Oktyabr 2025 | 10:08

Qəzzada sabitliyin səsi: Türkiyə atəşkəs missiyasında niyə maraqlıdır?

Yaxın Şərqdəki gərginlik və xüsusilə İsrail-Fələstin münaqişəsi beynəlxalq siyasətdə həmişə diqqət mərkəzində olub. Bu bölgədəki atəşkəsin qorunması, tərəflər arasında dialoqun təmin olunması və humanitar vəziyyətin yaxşılaşdırılması yalnız yerli deyil, həm də qlobal maraqlar baxımından önəmlidir.

Belə bir kontekstdə Türkiyənin Qəzzada atəşkəsin qorunmasını əsas prioritet hesab etməsi və bölgəyə humanitar yardım göndərməsi, həm münaqişənin gedişatına, həm də beynəlxalq ictimaiyyətin atəşkəsə münasibətinə əhəmiyyətli təsir göstərə bilər.

Türkiyənin bu mövqeyi İsrail-Fələstin münaqişəsinin gedişatına və beynəlxalq ictimaiyyətin atəşkəsə yanaşmasına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Qəzzada atəşkəsin qorunması təbii ki, Türkiyənin əsas prioritetidir. Türkiyə xalq və Şeyx şəhərində keçirilən qəza sammitində iştirak edərək atəşkəsin təmin olunmasında bir tərəf kimi rol oynadı: 

"Həmasın danışıqlar masasına əyləşməsində də Türkiyənin rolu mühüm əhəmiyyət kəsb edir. Rəsmi Ankara artıq Qəzzaya humanitar yardımlar göndərir".

Məhəmməd Əsədullazadə: Fələstinin tanınmasında və atəşkəsin bərqərar olunmasında Türkiyənin rolu böyük əhəmiyyət kəsb edir

Onun fikrincə, Türkiyənin mövqeyi Yaxın Şərqdə, xüsusilə İsrail–Fələstin münaqişəsinin həllində və atəşkəsin qorunmasında mühüm faktordur: 

"Lakin dünya buna qarşı çıxır. Bu gün ABŞ prezidenti də İsrailə sərt cavab verib, çünki  İordan çayının qərb sahilinin işğalı İsrailin fəaliyyətini və sammitin nəticələrini kölgədə qoya bilər, Trampın nüfuzuna zərbə vura bilər".

M.Əsədullazadə əlavə edib ki, bütün bunlardan əlavə, Türkiyə burada əsas sabitləşdirici faktordur və beynəlxalq siyasi nizamın formalaşmasında, Yaxın Şərqin siyasi şəkillənməsində mühüm rol oynayır: 

"Bu xüsusda Fələstin dövlətinin tanınmasında və atəşkəsin bərqərar olunmasında Türkiyənin rolu bundan sonra da böyük əhəmiyyət kəsb edir".

Əli Hüseynov


SON XƏBƏRLƏR