• Bakı 17° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur - Rubio
DÜNYA
15 May 2025 | 11:00

Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur - Rubio

Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısında bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün əldə olunması üçün istənilən mexanizmi alqışlayır.

“NATO-nun daha da güclənmək imkanı var. Tramp bizi Rusiya-Ukrayna müharibəsində ədalətli sülhə aparan istənilən mexanizmə açıqdır. Yaxın bir neçə gündə irəliləyiş görmək istəyirik. Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur”, - Rubio qeyd edib.


SON XƏBƏRLƏR