Bu gün Bakı Bulvarında Səhiyyə İşçiləri üçün "Sağlamlığa doğru qaç" yarışı keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, yarış 17 iyun tibb işçilərinin bayramı münasibətilə keçirilir.
Bu, sayca 8-ci yarışdır. Bundan əvvəl 7 rayonda yarış keçirilib.
Qeyd edək ki, yarışın sonunda 3-ü qız, 3-oğlan olmaqla 6 nəfər qalib gələcək.
Onu da deyək ki, qaliblər iyunun 8-də Xankəndidə yarışacaqlar. Bu barədə Topçubaşov adına Elmi Cərrahiyyə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmaləddin Kosayev bildirib.