• Bakı 27° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Suriyada SENSASİON QƏRAR
DÜNYA
28 Avqust 2026 | 12:44

Suriyada SENSASİON QƏRAR

Suriyanın keçid prezidenti Əhməd əl-Şara kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDF) lideri Məzlum Əbdini prezidentin müşaviri təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, Əhməd əl-Şara avqustun 27-də Mustafa Xəlil Əbdinin, Məzlum Əbdi kimi tanınan şəxsin, prezidentin müşaviri təyin edilməsi ilə bağlı 164 saylı fərman imzalayıb.

Qeyd edək ki, son günlər SDF-nin Suriya dövlət qurumlarına inteqrasiyası ilə bağlı proses sürətlənib. SANA-nın məlumatına görə, SDF-nin dövlət strukturlarına inteqrasiyası Suriya hakimiyyəti ilə kürd tərəfi arasında əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilir. 

Məzlum Əbdinin prezident müşaviri təyin edilməsi də bu prosesin fonunda baş verib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026