• Bakı 18° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Tramp Asiya turuna çıxdı
DÜNYA
25 Oktyabr 2025 | 10:16

Tramp Asiya turuna çıxdı

ABŞ Prezidenti Donald Tramp Malayziya, Yaponiya və Cənubi Koreyanı əhatə edən 5 günlük Asiya turuna başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, səfərin son günü Çin Prezidenti Si Cinpinlə görüşəcəyini və bu görüşün “yaxşı keçəcəyinə” inandığını bildirib.

Tramp iki ölkə arasında ticarət, gömrük rüsumları və Tayvan məsələsinin əsas müzakirə mövzuları olacağını vurğulayıb.

ABŞ liderinin Asiya səfəri Çin və ABŞ arasındakı iqtisadi gərginlik fonunda mühüm diplomatik addım kimi qiymətləndirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR