• Bakı 22° C

    8.87 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Quru öskürək nə qədər təhlükəlidir?

CƏMİYYƏT

08 Dekabr 2021 | 16:00

Quru öskürək nə qədər təhlükəlidir?

Havanın soyuması ilə xəstəliklər də özünü büruzə verməyə başlayıb. Mövsüm dəyişikliyi hamıya təsir edir. Son günlər əksəriyyət öskürəkdən əziyyət çəkir.

Maraqlısı odur ki, heç bir dərman bu öskürəyin qarşısını ala bilmir. Bəs buna səbəb nədir? Bu öskürəklər təhlükəli hal ala bilər?

Həkim infeksionist Nicat Əzimli Bakıvaxtı.az-a deyib ki, quru öskürək əsasən yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri olmaqla bir çox digər qeyri-infeksion xəstəliklərdə də sıx rast gəlinən simptomdur: “Hansı ki, son vaxtlar pandemiya ilə bağlı daha çox koronavirus xəstəliyinin əlaməti olaraq üzə çıxır. Lakin, payız fəslində mövsümlə əlaqədar olaraq digər növ infeksion törədicilər də geniş yayılıb. Bura qrip xəstəliyinin törədicisi influenza virusları, rinovirus, respirator sinsitial virus, adenovirus, parainfluenza və s. əsasən bu tip yuxarı tənəffüs yolu infeksiyaları aiddir. Hansı ki, bunlar hər mövsüm rast gəlinən, ciddi həyati təhlükə kəsb etməyən, eləcə də epidemik xüsusiyyətləri koronavirus qədər əhəmiyyətli olmayan törədicilərdir”.

N.Əzimlnin sözlərinə görə, bu viruslar hava-damcı yolu ilə yoluxur. Qarşısını almaq üçün koronavirusla fərdi mübarizə tədbirlərinin eynisi tətbiq olunur: “Müalicəsi isə həkimin baxışından sonra xəstənin vəziyyətinə uyğun olaraq təyin olunur. Əksər hallarda, 1 həftədən uzun çəkməyən simptomatik müalicələrlə sağalan xəstəliklərdir.”

İnfeksionist hepatoloq Mərdan Əliyev isə qeyd edib ki, öskürəyə qarşı hər hansı xüsusi dərman yoxdur: “Adətən, öskürəyin səbəbi kəskin respirator virus (qrip, paraqrip, koronavirus) infeksiyalarıdır. Bu xəstəlikliklərdən xüsusən də, sağaldıqdan sonra bir müddət öskürək qalır”. M.Əliyev də əksər hallarda dərmanların öskürəyə təsir etmədiyi qənaətindədir. Müsahibimiz bildirib ki, burda virusla bağlı bronxit olur, ona görə öskürək qalır.

“Öskürəyi kəsmək üçün xüsusi bir dərman yoxdur. Öskürək olduqda, xüsusən quru öskürəyi dərmanla tam nəzarət altına almaq olmur. Ancaq bu öskürəklər, adətən, qorxulu olmur. Xəstəlikdən sonra bir müddət qalır və öz-özünə keçib gedir”, - deyə infeksionist bildirib.

Aytac Aslan


SON XƏBƏRLƏR

25 May 2025