• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yeni tədris ilində neçə nəfər tələbə krediti alıb? - RƏSMİ

CƏMİYYƏT

20 Sentyabr 2024 | 10:46

Yeni tədris ilində neçə nəfər tələbə krediti alıb? - RƏSMİ

Bu günə kimi “Təhsil Tələbə Krediti Fondu”na məxsus elektron portala 54 mindən çox tələbə müraciəti daxil olub, bunlardan 42 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Fonddan bildirilib.

Məlumata görə, yeni - 2024-2025-ci tədris ilinin başlanğıcında isə elektron portala 7700-dən çox müraciət daxil olub, təqribən 4800 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib.

Qeyd olunub ki, digər müraciətlər hazırda emal prosesindədir.

Hazırda da TTK-ya cari semester üzrə müraciətlərin qəbulu davam etdiyi, tələbələr payız semestrinin sonuna kimi e-ttkf.edu.az portal vasitəsilə kredit üçün müraciət edə biləcəkləri nəzərə çatdırılıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR