• Bakı 13° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

37 nəfər saxlanıldı

HADİSƏ

28 Noyabr 2025 | 10:51

37 nəfər saxlanıldı

Noyabrın 27-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 308, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər, dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Narkotik vasitələr – 6,9 kiloqramdan artıq heroin, 10, 5 kiloqrama yaxın marixuana və 4,9 kiloqrama yaxın metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin həmin gün 2 avtomat silahı, 1 tapança, 8 tüfəng, 6 patron darağı və 533 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR

27 Noyabr 2025