• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Aİ İrana qarşı yeni sanksiyaları nəzərdən keçirəcək

DÜNYA

15 Aprel 2024 | 15:43

Aİ İrana qarşı yeni sanksiyaları nəzərdən keçirəcək

Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə nazirlər İsrailə qarşı hücuma cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə icmanın xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano məlumat verib.

“Xarici işlər nazirlərinin görüşündə gələcək addımlar məsələsi müzakirə olunacaq ki, bu da Avropa İttifaqı və üzv ölkələrin İranın eskalasiyasına reaksiyası olacaq”.

Eyni zamanda o, əlavə edib ki, İran nümayəndələri artıq Aİ-nin sanksiyaları altındadır və Avropa Komissiyası məxfiliyinə görə sanksiyaların hazırlanması prosesini şərh etməyəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR