Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu qurumun tələbatı üçün hərbi geyim forması və ləvazimatının satınalınması üzrə tenderin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Tekstil Təminat MH” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 659 min 658 manat dəyərində müqavilə imzalanacaq.
Tenderin şərtlərinə görə, ali zabitlər üçün tünd zeytun rəngli furajka, tünd zeytun rəngli pilotka, boz və tünd qəhvəyi rəngli qaragül dərisindən xüsusi papaq, tünd zeytun rəngli qış kiteli və şalvar, həmçinin tünd zeytun rəngli yay kiteli və şalvar alacaq.
İbRa






jpg-1688634033.webp)









