• Bakı 8° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avropa çempionatı:  Stadnik yarımfinala yüksəldi

İDMAN

19 Aprel 2023 | 15:09

Avropa çempionatı: Stadnik yarımfinala yüksəldi

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı idmançı 50 kq çəki dərəcəsində iki rəqibini məğlub edərək, buna nail olub. Səkkizqat Avropa çempionu əvvəlcə türkiyəli Evin Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.

Digər qadın güləşçi Elnurə Məmmədova (55 kq) Litva təmsilçisi Laura Staneliteni 1/8 finalda üstələyərək, növbəti raunda yüksəlib.

59 kq-dakı Alyona Kolesnik isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR