• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Avropa İttifaqı Türkiyəyə 1 milyard avro kredit ayıracaq

DÜNYA

20 Mart 2023 | 18:41

Avropa İttifaqı Türkiyəyə 1 milyard avro kredit ayıracaq

Fevralın 6-da Avropa Komissiyası zəlzələlərdən sonra bərpa işləri üçün Türkiyəyə 1 milyard avro, Suriyaya humanitar yardım üçün isə 108 milyon avro kredit ayırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Avropa Komissiya rəhbəri Ursula fon der Leyen deyib.

"Avropa Komissiyasının Türkiyəyə dəstək üçün 1 milyard avro məbləğində kredit ayıracağını bildirməkdən məmnunam. Biz, həmçinin humanitar yardım və Suriyanın ilkin bərpası üçün 108 milyon avro ayıracağıq. Bundan əlavə, Aİ ölkələri və Avropa maliyyə institutları əlavə ödənişlər edəcəklər", - deyə Komissiya rəhbəri bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.


SON XƏBƏRLƏR

24 Aprel 2024