• Bakı 34° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

"Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası" dəyişdi

SİYASƏT

04 Avqust 2025 | 12:20

Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası dəyişdi

Nazirlər Kabineti 6 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası"nda dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq məsuliyyət yaradacaq. İndiyə qədər yalnız ödəniş məntəqəsindən keçmədən kənar yollardan istifadə etməklə, ödənişli avtomagistraldan çıxmaq və ya ödənişli avtomagistrala daxil olmaq məsuliyyət yaradırdı.


SON XƏBƏRLƏR

03 Avqust 2025