Çağdaş Azərbaycan poeziyasının görkəmli simalarından biri Ayaz Arabaçının yeni kitabı işıq üzü görüb.
Bakıvaxtı.az xəbər verir ki, “Başqa bir planetdən...” adlı kitabda müəllifin son illər yazdığı və məşhur şeirləri toplanıb. Tədbirə şairin qələm dostları ilə yanaşı, Azərbaycanın ictimai və siyasi həyatında mühüm yeri olan tanınmış ziyalılar da qatılıb. Çıxış edənlər Ayaz Arabaçı poeziyasına yüksək qiymət verib, onu ən dürüst şair kimi dəyərləndiriblər.
Kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub. Redaktoru isə Nadir Məmmədlidir.
Kitab təqdimatından hazırlanmış foto materialları təqdim edirik.























