• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan mediasında gender balansı necə qorunur?

CƏMİYYƏT

16 Iyul 2024 | 12:41 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan mediasında gender balansı necə qorunur?

"Azərbaycan mediasında fəaliyyət göstərən qadınların ümumi sayı 46 faizdir. Onlardan sadəcə 11 faizi rəhbər vəzifələrdə çalışır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Mətbuat Şurasında təşkil edilən konfransda Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.

Müşviq Ələsgərli hazırda media məkanında gender balansının qorunması ilə bağlı ciddi araşdırmaların aparıldığını söyləyib:

"Mediada gender balansının qorunması xüsusi əhəmiyyət kəsb edir. Əsas nüans ondadır ki, hazırda qadın jurnalistlərin əksəriyyəti mədəniyyət və incəsənət kimi sahələrə yönəlir. Bu gün bizim düşündüyümüz məsələ konflikt jurnalistikası və digər sahələrdə gender balansının qorunmasıdır, hazırda bu sahədə araşdırmalar aparılır".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026