• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda koronavirusdan ölənlərin sayı yenidən ARTDI

CƏMİYYƏT

28 Aprel 2021 | 16:59

Azərbaycanda koronavirusdan ölənlərin sayı yenidən ARTDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1402 yeni yoluxma faktı qeydə alınıb, 2238 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 27 036 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, bu günə qədər isə ümumilikdə 3 218 111 test icra olunub.

Qeyd edək ki, ötən sutka ərzində 27 nəfər koronavirusdan vəfat etmişdi.


Azərbaycanda koronavirusdan ölənlərin sayı yenidən ARTDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026