• Bakı 30° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

"Azərsu" 1 il öncə yaranan şirkətə 1 milyonluq sifariş verdi 

CƏMİYYƏT

23 May 2023 | 13:05

Azərsu 1 il öncə yaranan şirkətə 1 milyonluq sifariş verdi 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Şamaxı şəhərinin su təchizatı şəbəkəsinin texnoloji proseslərinə dispeçer nəzarəti və optimallaşdırılması üçün SCADA sisteminə inteqrasiyası işlərinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Statcontrol” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qalib şirkətlə 999 min 111 manat dəyərində müqavilə imzalanacaq.

Dövlət Vergi Xidmətinin məlumatları istisna olmaqla sözügedən şirkətlə bağlı internet resurslarında məlumat yoxdur.  510 manat nizamnamə kapitalı “Statcontrol” şirkətinin qanuni təmsilçisi Şirvanskiy İskəndər İlqar oğludur. Şirkət bir il öncə, 16.05.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

İbRa


SON XƏBƏRLƏR

15 Iyul 2025