• Bakı 19° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Bakı milyonçusunun tarixi evi satışa çıxarıldı - FOTOLAR

İQTİSADİYYAT

15 Aprel 2024 | 17:17

Bakı milyonçusunun tarixi evi satışa çıxarıldı - FOTOLAR

Bakıda 1 milyon 200 min manata mənzil satışa çıxarılıb. 

Bakıvaxtı.az xəbər verir ki, mənzil Şəmsi Əsədullayevin evi –  Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşir.

Üç mərtəbəli saray tipli yaşayış binasında yerləşən mənzil 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilib.

Qoqol 9 küçəsində, Gimnaziçeskaya, 183 və Karantinnaya, 84 ünvanlarının tinində ucaldılmış bina milyonçu Şəmsi Əsədullayevə məxsus saray üslubundadır. Bina üç küçəyə üz tutub və öz monumental fasadları ilə diqqət çəkir.

Mənzilin 2 böyük eyvanı var, sahəsi 200 kv m-dir. Otaqların tavanında olan işləmələr tarixə əsaslanır, hər biri orijinaldır. Sözügedən 4 otaqlı mənzilin 2 sanitar qovşağı var və 2 mənzilin birləşməsidir. (Yenisabah)


SON XƏBƏRLƏR

20 Sentyabr 2024