• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakı Şəhər Halqasının dəstəyilə qolf turniri keçirilib 

FORMULA 1

07 Iyun 2022 | 16:36

Bakı Şəhər Halqasının dəstəyilə qolf turniri keçirilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə “Dreamland” Qolf Klubunda qolf turniri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Formula-1" Azərbaycan Qran Prisinə dəstək məqsədilə keçirilən turnirə 17 komanda olmaqla, yerli və xarici 68 qolfçu qatılıb.

Turnir zamanı komandalar meydançada 18 dəlik üzrə mübarizəyə aparıblar. Yarış dörd saat davam edib.

Turnirin qalibləri Elman Rzayev, Eldar Kərimov və Xəlil Hüseynov 62 zərbənin yekununda 55.3 balla (net) ən yüksək pilləyə layiq görülüb. 65 zərbənin yekununda 56.6 (net) bal qazanan Kris Viliams, Qrant Vatson, Alasteir Duqlas və Skot Paterson isə ikinci yerdə qərarlaşıb. Üçüncü yer mükafatçıları isə 59 (net) balla Robert Stivinson, Edvard Edqar, Con Salins və Andru İkstrums olub.

“Bakı Şəhər Halqası olaraq artıq 5 ildir ki, bu turnirə öz dəstəyimizi göstəririk. Düşünürəm bu dəfə də iştirakçılar maraqlı oyun nümayiş etdirdilər. “Dreamland” Qolf Klubuna bu xoş qonaqpərvərliyi üçün təşəkkür edirik. Hər kəsi 10-12 iyun tarixində baş tutacaq yarışımıza dəvət edir, əyləncə dolu həftəsonu arzu edirik.”- deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib.  

Ramid İbrahimov

 

 

 

 


Bakı Şəhər Halqasının dəstəyilə qolf turniri keçirilibBakı Şəhər Halqasının dəstəyilə qolf turniri keçirilibBakı Şəhər Halqasının dəstəyilə qolf turniri keçirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026