• Bakı 22° C

    12.8 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Bakının üç rayonunda qaz olmayacaq

CƏMİYYƏT

26 Sentyabr 2025 | 09:24

Bakının üç rayonunda qaz olmayacaq

“Alatava” QPS-dən qidalanan “Mikrorayon” 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin “Duvannı” QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədar, 26.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Mikrorayon” ölçü qovşağından və “Duvannı” QPS-dən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Bakıvaxtı.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən “Main” MTK-nın qaz təchizatında fasilə yaranacaq.


SON XƏBƏRLƏR

25 Sentyabr 2025