Hazırda biz Üzeyir Hacıbəyli ilə bağlı ən maraqlı tədbirin xoş təəssüratlarını yaşayırıq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, professor Firəngiz Əlizadə "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" Beynəlxalq Forumundakı nitqi zamanı bildirib.
O, çıxışında İttifaqın Üzeyir Hacıbəyli irsinin yaşadılması ilə bağlı gördüyü işlərə toxunub:
"Üzeyir dünyası" möhtəşəm bir layihədir. Biz bu portituralar üstündə uzun illər çalışmışıq. Yenə də qarşımıza çox böyük problemlər çıxdı".
Əli Hüseynov