"Azərbaycan bir də heç zaman imkan verməyəcək ki, nə onun bir qarış ərazisinə, nə də hansısa bir soydaşına qarşı Xocalı faciəsinə bənzər bir faciə törədilsin".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq dünya ölkələri Azərbaycanın gücünü bilir:
"Onlar başa düşürlər ki, Azərbaycan regionda hansı gücə sahibdir. Nə qədər Türk dünyası var, nə qədər Azərbaycan var, dünya dövlətləri müəyyən səbəblərdən bölünüblər, bəziləri bizə qarşı birləşməyə çalışırlar. Amma bilsinlər ki, Azərbaycan getdikcə güclənən, öz iradəsi ilə siyasət yeridən, güclü liderlə idarə olunan ölkədir.
Ziyafət Əlisoy









jpg-1711519667.webp)






