• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Biq Ben" yenidən fəaliyyətə başladı

DÜNYA

01 Yanvar 2022 | 23:35 | Müəllif: Qalib İbrahimoğlu

"Biq Ben" yenidən fəaliyyətə başladı

Biq Ben saat qülləsi yenidən fəaliyyətə başlayıb.

Bakıvaxtı.az AZƏRTZC-a istinadən xəbər verir ki, Londonun turistik simvollarından olan Biq Ben saat qülləsi 4 ildən sonra yenidən istifadəyə verilib.

Bərpa işləri tamamlandıqdan sonra Biq Ben qülləsi Yeni ilin ilk dəqiqələrində zəng çalaraq yenidən açılıb.

Vestminster sarayında yerləşən “Elizabet qalası” kimi də tanınan məşhur saat qülləsi 2017-ci ildən təmirə bağlanmışdı.

Biq Ben saat qülləsi 1859-cu ildə dünyanın ən dəqiq saatı olmaq üçün dizayn edilib və zaman keçdikcə Londonun simvoluna çevrilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026