• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Biz danışdıqca insanlar aclıqdan ölürlər" - ÜST rəhbəri

CƏMİYYƏT

14 Aprel 2022 | 08:50 | Müəllif: Qalib İbrahimoğlu

"Biz danışdıqca insanlar aclıqdan ölürlər" - ÜST rəhbəri

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus beynəlxalq ictimaiyyəti diqqəti Ukraynadakı müharibəyə yönəltdiyinə görə tənqid edib.

Bakıvaxtı.az bu barədə "AP News"a istinadən xəbər verir.

ÜST rəhbəri əlavə edib ki, başqa yerlərdə, o cümlədən Efiopiyada siyasi və humanitar böhran eyni dərəcədə diqqət çəkmir (report).

"Biz danışdıqca insanlar aclıqdan ölürlər. Dünya insan övladına eyni münasibət göstərmir. Efiopiya, Yəmən, Əfqanıstan və Suriyada böhranlar davam edir, lakin bu böhranlar dünya ictimaiyyətinin Ukraynadakı müharibə ilə bağlı narahatlığının yalnız kiçik bir hissəsidir”, - Qebreyesus qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR