• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

BMT ABŞ və Rusiya arasında istənilən dialoqu alqışlayır

DÜNYA

28 Fevral 2025 | 05:46

BMT ABŞ və Rusiya arasında istənilən dialoqu alqışlayır

Birləşmiş Millətlər Təşkilatı Rusiya və ABŞ arasında istənilən dialoqu alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik İstanbulda Rusiya-Amerika danışıqlarını şərh edərkən bildirib.

"Biz dəqiq nəyin müzakirə edildiyini bilmirik, lakin mən hesab edirəm ki, məsələlərin həlli üçün ABŞ və Rusiya arasında istənilən dialoq alqışlanmalıdır", - Düjarrik bildirib.

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında görüş keçirilib. Təxminən altı saat yarım davam edən danışıqlarda iki ölkənin səfirlik və konsulluqlarının işinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.


SON XƏBƏRLƏR