• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Boksçularımız Dünya Kubokunda 4 medal qazanıblar

İDMAN

07 Dekabr 2025 | 00:25

Boksçularımız Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar.

Bakıvaxtı.az Boks Federasiyasına istinadən xəbər verir ki, məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) bütün rəqiblərini üstələyib.

O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, turnirdə 15 ölkənin təmsilçiləri mübarizə aparıb.


SON XƏBƏRLƏR

06 Dekabr 2025