• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bölmələrimiz yalnız legitim hərbi hədəflərə zərbələr endirir" - MN

CƏMİYYƏT

19 Sentyabr 2023 | 21:13 | Müəllif: Subhan Mahmudov

"Bölmələrimiz yalnız legitim hərbi hədəflərə zərbələr endirir" - MN

"Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır".

 Akıvaxtı.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

"Burada  məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir", - deyə o bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR