İngiltərənin "Nottingham Forest" klubunun müdafiəçisi Serj Oryenin "Galatasaray"a keçidi baş tutmayıb.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər ödəniş şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Kot-d'İvuar millisinin 31 yaşlı üzvü 2022-ci ilin sentyabrından İngiltərə klubunda çıxış edir. Orye bu mövsüm Premyer Liqada 12 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Onun "Nottingham Forest" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
















