• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Bu ölkə İsrailin "Avroviziya"da olmasını istəmir

MƏDƏNİYYƏT

11 Fevral 2024 | 19:03 | Müəllif: Subhan Mahmudov

Bu ölkə İsrailin "Avroviziya"da olmasını istəmir

2024-cü ildə "Avroviziya" Mahnı Müsabiqəsi üçün Finlandiyanın milli seçimində qalib gələn "Windows95man" duetinin üzvləri İsrailin beynəlxalq müsabiqədə iştirakına qarşı olduqlarını bildiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bunun üçün onlar Avropa Yayım İttifaqına müraciət ediblər. 

"Biz İsrailin müsabiqədə iştirak etməməsini istərdik. Bu, pis vəziyyətdir. Bizim hələ yaza qədər vaxtımız var. Ümid edək ki, Avropa Yayım İttifaqı düzgün qərarlar verəcək", - aparıcı müğənni Teemu Keysteri müsahibəsində deyib.

Fevralın 10-da Finlandiyada "Avroviziya" üçün milli seçim keçirilib. Finalda "Windows95man" qrupu qalib gələrək beynəlxalq auditoriyaya "No Rules" mahnısını təqdim edəcək.

Xatırladaq ki, yanvarın 18-də "Avroviziya" Mahnı Müsabiqəsinin təşkilatçıları İsraili iştirakçılar siyahısından çıxarmaq niyyətində olmadıqlarını açıqlayıblar. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026