Yaponiyada Yamaquti şəhərinin sakinləri vəhşi meymunların daimi hücumuna məruz qalırlar.
Bakıvaxtı.az xəbər verir kİ, son bir neçə həftə ərzində makakaların aqressiv davranışı nəticəsində 42 nəfər zərər çəkib.
Yerli polisin məlumatına görə, əvvəlcə yalnız uşaqlar və qadınlar hücuma məruz qalırdılar. Son zamanlar isə yaşlı insanlar və yetkin kişilər də hücumların qurbanına çevrilirlər.
Hüquq-mühafizə orqanları meymunları tələlərlə tutmağa çalışsalar da, bu üsul nəticəsiz qalıb. İndi polis heyvanları sakitləşdirici oxların köməyilə tutur.
Hücum edən heyvanların meymunların həssas növünə aid olduğu qeyd edilir. Hazırda onların sayı artır və bu da insanlarla qaçılmaz təmaslara və münaqişələrə səbəb olur.
















