• Bakı C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Bu tibbi xidmətlər əhaliyə ödənişsiz əsaslarla göstərilir - TƏBİB sədri
 

CƏMİYYƏT

23 Dekabr 2024 | 11:29

Bu tibbi xidmətlər əhaliyə ödənişsiz əsaslarla göstərilir - TƏBİB sədri 

“Hazırda 3315 sayda tibbi xidmət əhaliyə ödənişsiz əsaslarla göstərilir” 
 
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.

Vüqar Qurbanov bildirib ki, icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin 90 faizdən çoxunun TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilməsi mümkündür.
 
V.Qurbanov qeyd edib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icbari tibbi sığorta hesabına sığortaolunanlara Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin ümumi məbləği 2023-cü ilin 11 ayı üzrə 572 milyon 710 min 547 manat təşkil etdiyi halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 809 milyon 724 min 452 manat təşkil etməklə, ümumilikdə 42% artım izlənilib.
 
Onu da vurğulayıb ki, müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan obliqat qruplarla bağlı 246 xidmət paketi formalaşdırılıb və tarifləri təsdiq edilib.
 
Nəzərə çatdırıb ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortalı hesab edilməyənlər üçün göstərilən tibbi xidmətlərə də müvafiq əlavələr edilib və hazırda 4 931 sayda tibbi xidmət və tarifləri təsdiqlənib.

Mina Mikayılova


SON XƏBƏRLƏR