• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cavan Zeynallı qəbiristanlıqdakı qiymətlərdən şikayətləndi
 

MƏDƏNİYYƏT

04 Aprel 2023 | 14:38

Cavan Zeynallı qəbiristanlıqdakı qiymətlərdən şikayətləndi

Xalq artisti Cavan Zeynallı həyat yoldaşını Qusarda dəfn etməsinin səbəbini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, caz ifaçısı bu haqda "Səhər mərkəzi" verilişində danışıb. O bildirib ki, qəbiristanlıqda dəfn üçün ondan çox pul istəyiblər:

"Onun üçün Bakıda yer tapdım, mənə hörmət etdilər. Apardılar ki, burada Rauf Hacıyevin qızı basdırılıb. Deyirəm, haradadır? Göstərdilər ki, buradakı yeri sizin üçün ayırmışıq. Burada elə qiymətlərdir ki... Qusarda belə qiymət yoxdur. Həm də ailəsi gəldi ki, aparırıq Qusara. Deyirəm ki, yer tapmışam, pul vermişəm. Cavab verdilər ki, Röya vəsiyyət edib ki, mənə nəsə olsa, anamın, atamın, qardaşımın yanında dəfn edin. Rahat oldum, Bakıda çoxluqdur, orada rahatlıqdır". 

C.Zeynallı Finlandiyada yaşayan qızı ilə heç bir əlaqəsi olmadığını deyib:

"Orada ailəsi var. Necə gedim? Gedib Finlandiyada məhkəməyə verim? Başqa ailədir. Düşünürəm ki, ona dəymək olmaz". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR