• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Cənubi Qafqazdakı durum Ermənistan üçün fürsətdir" - Hulusi Akar

SİYASƏT

09 Avqust 2022 | 11:31

"Cənubi Qafqazdakı durum Ermənistan üçün fürsətdir" - Hulusi Akar

“Azərbaycan bizim qardaşımızdır, dostumuzdur. 30 ildir danışıqlar aparılırdı, 1 milyondan artıq qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Amma otuz il ərzində heç kim vecinə almadı. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Azərbaycanlı qardaşlarımız "artıq bəsdir" deyərək 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin təhlükəsizliyini təmin edə bilib. Eyni zamanda qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı fürsətdir”, - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR