Univeristetlərə COVİD-19 pasportu tələbi barədə bildiriş-xəbərdarlıq göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, bildiriş-xəbərdarlığı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göndərib.
“Nazilər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarına əsasən 2021-ci ilin 1 sentyabr tarixindən etibarən əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq işçilərinin az 80 faizinin COVİD-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci ilin 1 sentyabr tarixindən etibarən müəssisənizdə təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19 pasportuna malik olması tələbi müəyyən edilib.
Qərarın tələblərinin pozulmasına qarşı fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”,-deyə bildiriş-xəbərdarlıq qeyd olunub.
Ramid İbrahimov
















