• Bakı C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar

CƏMİYYƏT

11 Fevral 2026 | 13:25

Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni təyinatlar olub.

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Agentliyin Təhlil və strateji planlaşdırma departamentinin Strateji planlaşdırma şöbəsinə Günel Həsənzadə müdir təyin edilib.

Həmçinin, İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinə Gülnarə Cəfərli, Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin Sənədlərlə iş şöbəsinə Orxan Şıxəliyev və İnzibati departamentin Satınalma şöbəsinə Camal Nəhmətov müdir təyin olunublar.

Eyni zamanda, Beynəlxalq əlaqələr və layihələr departamentinin Tədbirlərin təşkili şöbəsinin müdiri Röyal Lətifli işdən çıxarılıb.


SON XƏBƏRLƏR