• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dünyada koronavirusun ən çox yayıldığı ölkələr

DÜNYA

04 Mart 2021 | 09:10

Dünyada koronavirusun ən çox yayıldığı ölkələr

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 115 milyon 768 min 898 nəfərə çatıb.

Bakıvaxtı.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 571 min 785 nəfərdir. İndiyədək 91 milyon 469 min 079 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 456 377 nəfər virusa yoluxub, 531 652 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 156 923 yoluxma qeydə alınıb. Onlardan 157 471 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 722 221 nəfərdə virus aşkar edilib. Xəstələrdən 259 402 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 278 750 yoluxma, 87 348 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 194 785 nəfər virusa yoluxub ki, onlardan 123 783-ü ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026