Azərbaycanın və Türkiyənin Amerikadası səfirliklərinin qarşısında təxminən 150-200 erməni iştirak edib.
Bu barədə Bakıvaxtı.az-a Amerikada yaşayan azərbaycanlı ictimai fəal Zaur Bayramlı bildirib.
"Hələ bir həftə əvvəl errmənilərin 24 apreldə 1000 nəfərlik dəstə ilə Azərbaycanın, Türkiyənin Amerikadakı səfirliklərinin önünə gələcəkləri bildiriləndə, dedim ki, boş şeydir, onların Vaşinqtonda min nəfər toplamaları mümkün deyil, uzağı 150-200 nəfər olacaqlar" deyən Z.Bayramlı qeyd edib ki, elə də olub.
"44 günlük Vətən müharibəsində hayların qarşısına çıxaraq, onları Vaşinqtonda əzdik və "yenilməz errməni diasporu" mifini darmadağın etdik. Onlar indi bizdən sadəcə Kaliforniya ştatında güclüdürlər, bu da təbiidir".
Onun sözlərinə görə, bugünkü aksiyada da ermənilər heç nə əldə edə bilməyiblər.
Müsahibimiz qeyd edib ki, erməni diasporu tükənmək üzrədir və Ermənistan hakimiyyəti bir az qətiyyət ortaya qoyaraq Azərbaycan və Türkiyə ilə barışığa, sülhə getsə, diasporun əlindəki yeganə saxta kozır əllərindən çıxacaq.
"Erməni xalqının da qurtuluşu Amerikadakı, Fransadakı və başqa bir neçə yerdəki bu murdar diaspordan qurtulmaqdan keçir", - deyə Zaur Bayramlı vurğulayıb.
Murad Məmmədli







jpg-1684930266.webp)





jpg-1684918268.webp)




